0 0

Hazırlayan:
Əriştə plov

Əriştə plov

Directions

Share

Ləzzətli əriştəli plov resepti

4 nəfər üçün nəzərdə tutulmuşdur.
Hazırlanma müddəti 1 saat 30 dəqiqə

Ərzaqlar
1 kq qoyun əti (və ya 1 ədəd toyuq)
2 stəkan düyü
500 qram buğda unu
3 ədəd baş soğan
1 ədəd lavaş
1 ədəd yumurta
kərə yağı
duz
istiot

Necə Hazırlanır?
1. Qoyun ətini və ya toyuğu iki tikələrə doğrayın, duz, istiot vurub tavada qovurun.
2. Ayrı qabda soğança hazırlayın.
3. Qovurmanın üzərinə soğança, azacıq bulyon tökün, öz buğunda bişirin.
4. Una su, yumurta və duz qatıb bərk xəmir yoğurun. Xəmiri 20 dəqiqədən sonra kündələyib nazik yayın. Yayılmış yuxadan uzunluğu 3-4 sm, eni 2 mm olan əriştə doğrayın. Əriştələri qurudun və tavada azacıq yağsız qovurun.
5. Düyü yarıhazır olana qədər suda bişirilir.
6. Sonra azca qovrulmuş əriştəni düyüyə əlavə edib 5-6 dəqiqə qaynadıb süzün. (Düyü və əriştəni əzmədən bişirin)
7. Qazanın dibinə yağ töküb lavaşdan qazmaq salın, sonra düyü ilə əriştəni tökün. Üzərinə yağ çiləyin. 45-50 dəqiqə dəmə qoyun.

Tövsiyə: Süfrəyə verərkən əriştə plovu boşqaba çəkib üstünə ət tikələrini düzün və yağ tökün. Qaragöz və maş lobya ilə çox dadlı olur. İsladıb ayrıca bişirin, suyunu süzüb əriştə ilə qarışdırın.

Nuş olsun!

(Visited 2. 086 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Fəsəli
next
Qozlu kükü
  • 2. 086 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Fəsəli
next
Qozlu kükü

Add Your Comment

×