0 0

Hazırlayan:
Ətli bilinçik

Ətli bilinçik

Directions

Share

Ətli bilinçik üçün resept

Ərzaqlar

16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün
2 yumurta
1 xörək qaşığı şəkər tozu
bir çimdik duz
2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)
1 1/5 stəkan un
2 xörək qaşığı duru yağ

İçi Üçün

500 q çəkilmiş mal əti
1 ədəd orta boy soğan
duz
istiot
qızartmaq üçün duru yağ

Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin).

İndi isə blinçikləri hazırlayın

1. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.
2. Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün. Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın.
3. Blinçikin bir tərəfi qızaran kimi, o biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri bir-bir bişirib bir qabda üst-üstə yığın.
4. Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün
5. İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq.
6. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kaloriyalı olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar).
7. Sonra isə süfrəyə verin.

Nuş Olsun!

(Visited 1. 716 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Ciyər paşteti
next
Brokoli şorbası
  • 1. 716 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Ciyər paşteti
next
Brokoli şorbası

Add Your Comment

×