0 0
Acika resepti

Acika resepti

Mətbəx:

Resept

Paylaş

Qışa hazırlaşan xanımlarımız bilir ki, acikasız qışda yeməklərin ləzzəti olmur. Acika elə bir yemək növüdür ki, müxtəlif hazırlanma qaydaları var. Biz də sizinlə özümüzün sınaqdan keçirdiyimiz Acikanın reseptini paylaşmaq istəyirik. Bizim reseptdən faydalanaraq “Acika” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Tərkibi

2 kq pomidor

5 kq qırmızı bibər

2 ədəd acı bibər

150 qram 2 baş sarımsaq

1 dəstə cəfəri

200 qram duru yağ

2 x/q şəkər tozu

Duz

 

(Visited 556 times, 8 visits today)
Addım 1
Bu addımı hazırladım

İlk öncə bütün ərzaqlarımızı təmizləyib yuyuruq. Ərzaqları ət çəkən maşından çəkəcəyimiz üçün onları xırda hissələrə ayırırıq. Pomidorları ət çəkən maşından keçirtdikdən sonra onu yenidən sürtgəcdən əlinizlə keçirin. Bu pomidorun çəyirdəklərini seçmək üçündür. Daha sonra çəkilmiş pomidoru, bibəri və sarımsağı bir qazana tökürük. Buraya duru yağı, şəkər tozunu, çəkilmiş acı bibəri, duzu əlavə edib sobanın üzərinə qoyuruq. 1 saat bişdikdən sonra xırda-xırda doğranmış cəfərini əlavə edib 15 dəqiqə yenə bişiririk.
Bankaları sterilizə etdikdən sonra acikanı isti-isti bankalara yığıb ağzını bağlayırıq.

Nuş olsun! :)

Şərhlər

Şərh yazılmayıb
- b87bb973 400x400 - Acika resepti
əvvəlki
Özbək aşı
- WhatsApp Image 2019 08 27 at 14 - Acika resepti
sonrakı
Əncir mürəbbəsi
  • 556 dəfə baxılıb
  • Serves 1
  • Çətin

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

- b87bb973 400x400 - Acika resepti
əvvəlki
Özbək aşı
- WhatsApp Image 2019 08 27 at 14 - Acika resepti
sonrakı
Əncir mürəbbəsi