0 0

Hazırlayan:
Ciyər paşteti

Ciyər paşteti

Directions

Share

Ciyər paşteti üçün resept

Ərzaqlar

1 kq qaraciyər (qoyun və ya mal)
2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün)
1 böyük baş soğan, xırda doğranmış
2 orta boy yerkökü, soyutma bişirilmiş və təmizlənmiş
duz zövqə görə
istiot zövqə görə
2/3 çay fincanı (170 qram) kərə yağı, yumşaldılmış (əritməyin!)

Necə hazırlanmalı?
1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez-tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun.
2. Tavaya 2 xörək qaşığı yağ töküb qızdırın. Xırda doğranmış soğanı bu yağda qızardın (təxminən 7 dəqiqə çəkir). Qızarmış soğanı və soyutma yerkökünü ayrı-ayrı ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin.
3. Çəkilmiş ciyər, soğan, və yerkökünü bir yerdə ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin. Uzərinə zövqə görə duz və istiot əlavə edin.
4. Alınan kütləni bıçaqla kalka kağızının üzərinə qalınlığı təxminən 0.6 sm, uzunluğu 35 sm, eni isə 25 sm olan düzbucaq şəklində yayın. Sonra isə yumşalmış kərə yağını bıçaqla paştetin üzərinə yaxın.
5. Kalka kağızını ehtiyyatla qaldıraraq paşteti rulet kimi qatlayın və eyni kalka kağızına bükün. Ən azı 2 saat soyuducuda saxlayın. Bu paştet soyuducuda nə qədər çox qalsa bir o qədər yaxşıdır – rulet özünü tutar. Süfrəyə verəndə orta qalınlıqda dilimlərə doğrayın. Bu paştet soyuducuda bir həftəyə dək saxlanıla bilər.

Nuş Olsun!

(Visited 1. 190 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Napoleon tortu resepti
next
Ətli bilinçik
  • 1. 190 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Napoleon tortu resepti
next
Ətli bilinçik

Add Your Comment

×