
Dovğa
Resept
Bütün fəsillərdə sevilərək içilən mətbəximizin incilərindən sayılan Dovğanın reseptini sizin üçün hazırladıq. Hər reseptimizdə olduğu kimi bu reseptimizdə də yeməyin sirrli nöqtələrini sizlər üçün açmağa çalışdıq. Fikirlərinizi bildirməyi unutmayın.
Tərkibi
3 litr qatıq üçün
3 l qatıq
600-700 qr su
1/2 stəkan yumru düyü
3 ədəd yumurta (hər litr üçün 1 ədəd hesablanır)
1 dəstə nanə (orta ölçüdə)
1 dəstə keşniş (orta ölçüdə)
2 dəstə dağ keşnişi (orta ölçüdə)
1 dəstə ispanaq (orta ölçüdə)
1 dəstə şüyüd (orta ölçüdə)
Düyünün bişib bişmədiyini yoxlayın. Düyü bişdiysə artıq göylərimizi əlavə edə bilərik. Qarışdıra-qarışdıra göyləri əlavə edin. Göylərimiz bişənə kimi qarışdırmağa davam edirik.
Dovğanı duzlamağa tələsməyin. İsti-isti duzlasanız dovğa çürüyə bilər. Dovğanı soyuduqdan sonra duzlamaq lazımdır.
Reseptimizdən faydalanaraq siz də "Dovğa" hazırladınızsa, yeməyin şəklini çəkib bizə göndərməyi unutmayın.
Nuş olsun!