0 0
Günəbaxan piroqu

Günəbaxan piroqu

Mətbəx:

Resept

Paylaş

Şəkildən də gördüyünüz kimi priqomuzun bu gözəl görüntüsünə görə ona Günəbaxan adı verilib. Tamamilə fərqli bir dad dadacağınıza əminik. Hazırladıqdan sonra şəkli bizim İnstagram və ya Facebook səhifəmizə göndərə bilərsiniz.

Tərkibi

500 qr – hazır xəmir (Mağazalarda “Готовое слоёное тесто” soruşub tapa bilərsiniz)

2 ədəd yumurtanın sarısı

250 qr – günəbaxan halvası

100 qr – qoz

100 qr – ərik qurusu

qatı ərik cemi (istəyə görə)

100 – qram şokolad

50 qr – kərə yağı

100 qr – un

(Visited 46 times, 2 visits today)
Addım 1
Bu addımı hazırladım

Birinci içliyi hazırlayaq. Qozları xırda-xırda doğrayırıq. Eyni qayda ilə kərə yağını və günəbaxan halvasını doğrayırıq. Hamısını yaxşı qarışdırırıq. Xəmirdən eyni olçüdə 2 parça ayırıb, yumru formada açırıq. İçliyin hamısını açdığımız xəmirin ortasına qoyuruq. Daha sonra digər xəmirlə onun üstünü bağlayırıq. Bişərkən içliyin kənara tökülməsini istəmirsinizsə, xəmirin bağlanan yerinə biraz su vurub barmaqlarınızla sıxın.

Addım 2
Bu addımı hazırladım

Qalan xəmirimizlə yarpaqlar kəsirik. Biraz suya vuraraq yapışdırırıq. (Şəkildəki kimi)

Addım 3
Bu addımı hazırladım

Yumurtanın sarısını qarışdırıb Günəbaxan piroqumuzun üstünə çəkirik.
200 dərəcədə qızdırılmış sobamızda 20-25 dəqiqə bişiririk.
Piroqumuz bişdikdən sonra onun soyumasını gözləyin. Soyuduqdan sonra onun hər tərəfinə ərik cemini çəkin. Ərik qurularını xırda-xırda doğrayıb piroqun ortasına düzün. Əgər ceminiz çox qatıdırsa, onu biraz isti suda qızdırıb, çəkə bilərsiniz.
Şokoladı da isti suyun üstündə əridirik. Falqa kağızına kağızının üzərinə bir neçə damcı şokolad tökürük və bərkiməsi üçün soyuducuya qoyuruq. Bərkidikdən sonra hazır olan şokolad dənələrini Günəbaxan piroqumuzun üstünə tökürük.

Nuş olsun!

Şərhlər

Şərh yazılmayıb
- 1543819024 1 400x360 - Günəbaxan piroqu
əvvəlki
Nutellalı peçenye
  • 46 dəfə baxılıb
  • 20-25 dəq
  • Orta
  • 200 C.

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

- 1543819024 1 400x360 - Günəbaxan piroqu
əvvəlki
Nutellalı peçenye