
Kələmli peraşki
Resept
Uşaqdan böyüyə hər kəsin sevdiyi – Peraşki. Yəqin ki, sadə, kartoflu peraşkiləri indiyə kimi hər yerdə görmüsünüzü və dadına yaxşı bələdsiniz. Bəs kələmli peraşki necə? Bu gün sizlər üçün bir yenilik edib, Kələmli peraşki hazırladıq.
Tərkibi
2 stəkan isti süd (qaynar yox)
100 ml duru yağ
2 ədəd yumurta
6-7 stəkan un (1 stəkan az və ya çox istifadə oluna bilər)
2 ç/q quru maya
1/2 ç/q duz
2 x/q şəkər tozu
2 x/q qatı xama
İçlik
1 ədəd orta ölçülü kələm
2 ədəd böyük soğan
3 ədəd yerkökü
5 ədəd yumurta
2 x/q kərə yağı
Tavaya kərə yağ qoyuruq (təxminən 2 xörək qaşığı) . İlk öncə soğanı 1-2 dəqiqə bişiririk. Daha sonra yerkökünü əlavə edirik. Kələmi isə daha sonra əlavə edəcəyik. Çünki kələm yerkökünə nisbətən daha tez bişir. Ona görə də birinci yer kökünü biraz soğanda bişirək.
Kələmi əlavə etdikdən sonra yaxşı qarışıdırırıq və biraz da bişməsini gözləyirik. Hazır olunmuş qarışıma kvadrat formasında doğranmış yumurtanı, duz və istiot əlavə edib 1 dəqiqə bişiririk. İçliyimiz hazırdır.
Şərhlər
olurem kelemli sheylerden otru