0 0
Kəsmikli piroq resepti

Kəsmikli piroq resepti

Resept

Paylaş

Limon ətirli kəsmikli keks üçün resept

Ərzaqlar
250 qram kəsmik
115 qram kərə yağı, əridib soyudun
5 yumurta, otaq hərarətində
bir çimdik vanil tozu
3/4 stəkan əla növ ağ un
1- 1/4 stəkan şəkər tozu
1 stəkan qatıq (çox sulu olmasın)
1 limonun qabığı, sürtkəcin iri dişindən keçirilmiş
üstü üçün şəkər kirşanı

Qeyd: Diqqət yetirin ki, kəsmiyiniz çox sulu olmasın. Əgər suludursa, onu xəmirə qatmaqdan əvvləl tənzifə qoyub suyunu süzdürün. Kəsmik quru olmalıdır.

Necə hazırlanır?
1. Sobanı 180Cdək qızdırın.
2. Böyük bir qabda kəsmiyi kiçik parçalar halına gələnədək ovun. Üstünə soyumuş kərə yağı, yumurta, vanil tozu və unu əlavə edin. Mikserlə qarışanadək təxminən bir dəqiqə ərzində çalın. Alınan kütlə aşağıdakı şəkildə göründüyü kimi olmalıdır.

kəsmikli piroq - 1527529737 kesmikli piroq 300x200 - Kəsmikli piroq resepti

3. Ayrı qabda şəkər tozu və qatığı mikserlə qarışanadək çalın. Üstünə rəndələnmiş limon qabığı əlavə edib qaşıqla qarışdırın.
4. Qatıqlı qarışığı kəsmikli qarışığa əlavə edib qaşıqla qarışdırın. Alınan kütlə bir qədər sulu olacaq. Bu normaldır.
5. Keks formasının dibini və kənarlarını azacıq yağlayın. Alınan kütləni yağlanmış formaya tökün. Sobanın orta rəfində 50 dəqiqə ərzində, üstü qızaranadək, bişirin.
6. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ keksiniz hazırdır (bu keks çox şişən kekslərdən deyil. Olduqca zərif və yumuşaqdır).
7. Keks öz formasında tamamilə soyuduqdan sonra, onu yavaşca alt-üst çevirin. Sonra servis qabına çevirib üstünə şəkər kirşanı və istəyə görə, rəndələnmiş limon qabığı səpin.

 

 

(Visited 640 times, 3 visits today)

Şərhlər

Şərh yazılmayıb
kəsmikli piroq - 1527530482 brauni resepti brauni 400x400 - Kəsmikli piroq resepti
əvvəlki
Brauni
kəsmikli piroq - 1527529200 shirin corek 400x400 - Kəsmikli piroq resepti
sonrakı
Şirin çörək
  • 640 dəfə baxılıb
  • Orta

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

kəsmikli piroq - 1527530482 brauni resepti brauni 400x400 - Kəsmikli piroq resepti
əvvəlki
Brauni
kəsmikli piroq - 1527529200 shirin corek 400x400 - Kəsmikli piroq resepti
sonrakı
Şirin çörək