0 0
Küftə

Küftə

Resept

Paylaş

Milli mətbəximizin əvəzedilməz yeməklərindən biri olan Küftə-Bozbaş (Küftə sözü Fars dilində əzmək mənasında işlənən koftan sözündən əmələ gəlmişdir) üçün resept.

4 pay üçün

Ərzaqlar
Yarım stəkan gecəni soyuq suda islağa qoyulmuş noxud
Üstünə səpmək üçün quru nanə (ətin içində quru nanə varsa, yeməyin üstünə səpmək mütləq deyil)

Küftənin Ərzaqları
Yarım kilo mal və ya qoyun əti ya da onların qarışığı
1 orta ölçülü soğan-ət maşınından keçirilmiş
1 yumurta
1/3 stəkan yumru düyü
1 çay qaşığı xırdalanmış nanə qurusu (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı xırdalanmış quru mərzə (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı xırdalanmış quru ağ reyhan (məcburi deyil, amma məsləhətdir)
1 çay qaşığı duz
1/4 çay qaşığı istiot
4 kiçik alça qurusu

Bulyonun Ərzaqları
2 xörək qaşığı ərinmiş yağ
1 xörək qaşığı tomat pastası
4 qabığı soyulmuş bütöv kartof
1/4 çay qaşığı sarıkök
Duz-istiot

Necə hazırlanır?
1. Islağa qoyulmuş noxudu yarım-bişənədək suda qaynadın ( daha sonra yenə de bişiriləcək).
2. Küftəni hazırlamaq üçün ətin bütün ərzaqlarını (alça qurusundan başqa) iri bir qabda əllərinizlə yaxşıca qarışdırın. Qarışıqdan 4 iri küftə düzəldin (daha çox nəfəri qonaq etmək istədiyiniz halda küftələri bir az balaca edə bilərsiniz. Məsələn, 4 əvəzinə 8 küftə etmək olar). Hər küftənin ortasına bir ədəd alça qurusu yerləşdirin.
3. Bulyonu hazırlayın. Orta ölçülü qazanda (kifayət qədər iri olmalıdır ki, küftələr bir birinə dəyməsin) yağı orta istilikdə qızdırın, daha sonra tomat pastasını əlavə edin və yarım dəqiqə qarışdırın. Sonra 7 stəkan su əlavə edib qaynara düşənədək gözləyin.
4. İstiliyi bir az azaldın (orta həddə qədər) və küftələri bir-bir bulyona salın. Qazanın üstünü açıq saxlayıb 10 dəqiqə küftələrə toxunmadan (küftələr dağılmasın deyə) bişirin. Bulyonun üzərində kəf əmələ gəlsə onu yığın.
5. Kartofu, sarıkökü və noxudu əlavə edin. Zövqə görə duz-istiot vurun. Qaynara düşəndən sonra istiliyi azaldın, qazanın qapağını örtün və hardasa 40 dəqiqə bişirin.
6. Çömçə ilə kasalara hərəsində bir küftə, bir kartof və bir qədər noxud və bulyon olmaqla tökün. İstəyə görə üzərinə nanə qurusu səpmək olar.

Nuş Olsun!

(Visited 1. 022 times, 1 visits today)

Şərhlər

Şərh yazılmayıb
- d3bd3a 400x400 - Küftə
əvvəlki
Yerkökü salatı
- borsh 400x400 - Küftə
sonrakı
Borş
  • 1. 022 dəfə baxılıb
  • Orta

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

- d3bd3a 400x400 - Küftə
əvvəlki
Yerkökü salatı
- borsh 400x400 - Küftə
sonrakı
Borş