1 0
Leço resepti

Leço resepti

Mətbəx:

Resept

Paylaş

Qışa tədarük etməyə davam edirik. Növbəti reseptimiz qışda xanımların xilaskarı olan – LEÇO-dur. Leço-nu müxtəlif məqsədlərlə istifadə edə bilərsiniz. Bəzi yeməklərin yanında verə bilərsiniz, soyuq qəlyanaltı kimi leçonu sadəcə çörəklə də yemək olar və ya Leço-dan türkiyə mətbəxinin ləzzətli yeməklərindən olan “Menemen” də hazırlaya bilərsiniz. Bizim reseptdən faydalanaraq “Leço” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Ərzaqlar

3 kq pomidor
2 kq qırmızı bibər
1 kq yaşıl bibər
4 ədəd acı bibər
1/2 kq soğan
1/2 kq yerkökü
250 ml duru yağ
5-6 ədəd dəfnə yarpağı
10-15 ədəd qara istiot
2 x/q  duz
4 x/q şəkər tozu
3 x/q üzüm sirkəsi

(Visited 340 times, 1 visits today)
Addım 1
Bu addımı hazırladım

İlk öncə bütün ərzaqlarımızı yuyub təmizləyirik.
Birinci soğanları doğrayın. Bütün soğanları uzunsov formada doğrayın. (şəkildəki kimi)
Daha sonra bu soğanları qazana töküb üzərinə 250 ml duru yağ əlavə edib biraz bişirin. Soğanın qızarmamasına diqqət edin.
Eyni qayda ilə yerkökülərini doğrayın. Soğanı təxminən 10 dəqiqə bişirdikdən sonra buraya yerkökülərini əlavə edin. Yerkökünü soğanla birlikdə təxminən 10-15 dəqiqə bişirin.

Addım 2
Bu addımı hazırladım

Bu müddətdə doğranmış pomidorları və acı bibərləri ət çəkən maşından çəkib kənara qoyun. Daha sonra bibərləri çox nazik olmadan uzunsov doğrayın.
Yerkökü təxminən 10-15 dəqiqə bişdikdən sonra buraya pomidoru əlavə edib 10-15 dəqiqə yenə bişiririk. Daha sonra bibərləri, duzu, qara istiotu, şəkər tozunu və dəfnə yarpağını əlavə edib 2 saat bişiririk.
Bişənə yaxın isə üzüm sirkəsini əlavə edib təxminən 15 dəqiqə bişirib sobanı söndürürük.
Hazır olan Leçomuzu isti-isti bankalara yığırıq.

Nuş olsun! :)

Şərhlər

Şərh yazılmayıb
leço resepti - WhatsApp Image 2019 08 27 at 14 - Leço resepti
əvvəlki
Əncir mürəbbəsi
leço resepti - esas 400x400 - Leço resepti
sonrakı
Moruq (malina) mürəbbəsi resepti
  • 340 dəfə baxılıb
  • Çətin

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

leço resepti - WhatsApp Image 2019 08 27 at 14 - Leço resepti
əvvəlki
Əncir mürəbbəsi
leço resepti - esas 400x400 - Leço resepti
sonrakı
Moruq (malina) mürəbbəsi resepti