0 0
Pizza Marqarita

Pizza Marqarita

Mətbəx:

Resept

Paylaş

Pizza sevənlər, yenə sizi düşündük və italyan mətbəxində çox məşhur olan Marqaritanın reseptini yazdıq. Bundan əvvəlki reseptlərimizdə də qeyd etdiyimiz kimi dadlı pizzanın əsas sirri onun xəmirindədir. Pizza xəmiri reseptinə buradan baxın.

Pizzanın üstü üçün.

100 qr Mozarella

6-8 yarpaq reyhan

3-4 x/q pomidor sousu

1 ədəd pomidor

 

 

(Visited 249 times, 3 visits today)
Addım 1
Bu addımı hazırladım

Ərzaqlarımızı hazırlayaq

Addım 2
Bu addımı hazırladım

Pomidoru halqa formasında doğrayın. Mozarella pendirini təxminən sm qalınlığında doğrayın şəkildəki kimi.

Addım 3
Bu addımı hazırladım

İndi isə xəmiri hazırlayaq. Xəmirimizi açacağımız taxtanın üzərinə bir az un səpin və xəmiri ora qoyun. Xəmirin də üzərinə bir az un səpdikdən sonra onu yavaş yavaş açmağa başlayın. Qalınlıq 3 mm-dən çox olmasın.

Addım 4
Bu addımı hazırladım

Əgər açılan xəmirinizin kənarlarının səliqəli və pizzanızın tam yumru olmasını istəyirsinizsə onu aşağıdakı şəkildəki kimi kəsə bilərsiniz.

Addım 5
Bu addımı hazırladım

Xəmiri falqa kağızının üstünə qoyun. Xəmirin ortasına pomidor sousunu qoyun. Sousu istəyə uyğun seçə bilərsiniz. Sarımsaqlı, istiotlu, göyərtili və s. Arzuladığınız pomidor sousundan istifadə edə bilərsiniz.
Xəmirin üzərinə qoyduğunuz sousu qaşığın köməyi ilə xəmirin üzərinə tam yayın.

Addım 6
Bu addımı hazırladım

Doğradığınız pendirləri iri formada pizzanın üstünə düzün. Daha sonra pomidoru və reyhanı düzün.

Addım 7
Bu addımı hazırladım

Sobanı ən yüksək temperaturda qızdırın. Pizzanı falqa kağızı ilə birlikdə sobanın qabına qoyun. Daha sonra pizzanı sobanın ən aşağı qatına qoyun və 3-6 dəqiqə bişirin. Bu müddətdə xəmir şişməyə başlayacaq və kənarları biraz qızaracaq. Pizzanı bişdiyinin əsas göstəricisi pendirdir. Pendir tam əriyənə kimi gözləyin. Hazır olan pizzanı xüsusi bıçaqla kəsin.

Nuş olsun!

Şərhlər

Qiymətləndirmə
(5)
Cəmi qiymətləndirmə1
Sabir

nam nam

- 1452644901276 400x400 - Pizza Marqarita
əvvəlki
Alma sirkəsi
- shuba 2 400x400 - Pizza Marqarita
sonrakı
Şuba salatı
  • 249 dəfə baxılıb
  • Orta
  • (1)

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

- 1452644901276 400x400 - Pizza Marqarita
əvvəlki
Alma sirkəsi
- shuba 2 400x400 - Pizza Marqarita
sonrakı
Şuba salatı