0 0
Qırmızı mərci supu

Qırmızı mərci supu

Sərin havanın ən gözəl yeməyi nədir? Əlbəttə dadlı sup!

Resept

Paylaş

Ərzaqlar
1 stəkan qırmızı mərci
1 ədəd soğan (xırda doğranmış)
1 ədəd yerkökü (xırda doğranmış)
1 ədəd kartof (xırda doğranmış)
1 xörək qaşığı tomat (tomat pastası)
6 stəkan su
zövqə görə duz
zövgə görə istiot (şorbanın acı olmasını istəyirsinizsə, bir az acı qırmızı pul bibər əlavə edin)
1-2 qaşıq yağ

Süfrəyə vermək üçün:
limon
çörək

Necə hazırlanır?
1. Yağı orta dərəcədə qızdırılmış tava qoyun üzərinə xırda-xırda doğranmış soğanları əlavə edin. Soğanın rəngi biraz dəyişənə qədər qovurun.
2. Daha sonra un əlavə edib zəif temperaturda qovurmağa davam edin.
3. Tomatı əlavə edib qovurmağa davam edin.
4. Xırda-xırda doğranmış yerköküləri və mərciməyi əlavə edin.
5. Üzərinə suyu töküb, qarışdırın. Mərci və yerkökülər yumşalana qədər zəif temperaturda bişirməyə davam edin.
6. Bişdikdən sonra əl blenderindən keçirin.
7. Duz və istiot əlavə edin (istəyə uyğun)

Üstü üçün (bu zəruri deyil və şorbanın süfrəyə verəndə gözəl görünməsi üçün edilir)
Kiçik bir tavaya 2 x. qaşığı kərə yağı və yaxud zeytun yağını töküb qızdırın. Üstünə 1/3 çay qaşığı qırmızı şirin bibər tozunu (paprika) əlavə edib, ocaqdan götürün.

Mərci supunu kasaya tökdükdən sonra üzərinə hazırladığınız qırmızı bibər sousunu əlavə edib, 1 dilim limonla süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!

(Visited 367 times, 2 visits today)

Şərhlər

Şərh yazılmayıb
test - 1527529200 shirin corek 400x400 - Qırmızı mərci supu
əvvəlki
Şirin çörək
test - 407586 1300x871 400x400 - Qırmızı mərci supu
sonrakı
Fransız şirniyyatı – Makaron
  • 367 dəfə baxılıb
  • Orta

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

test - 1527529200 shirin corek 400x400 - Qırmızı mərci supu
əvvəlki
Şirin çörək
test - 407586 1300x871 400x400 - Qırmızı mərci supu
sonrakı
Fransız şirniyyatı – Makaron