0 0
Sırniki (Сырники)

Sırniki (Сырники)

Mətbəx:

Resept

Paylaş

Rusiyaya getsəniz səhər yeməklərində süfrədə mütləq “Сырники” görə bilərsiniz. Fərqli dadlar sevənlər dünyanın istənilən yerində bunu öz evində də hazırlaya biləкlər. Sadə və asan hazırlanması sizə bu yeməyi daha da sevdirəcək. Sizə təqdim etdiyimiz bu resept Sırnikinin ən doğru reseptidir. Bizim reseptdən faydalanaraq “Sırniki (Сырники)” hazırladınızsa, şəklini bizim  İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Ərzaqlar

350 qr kəsmik (9%-li)

2 ədəd yumurta

6 x/q ələnmiş un

2 x/q şəkər tozu

5 x/q duru yağ

 

 

 

(Visited 166 times, 14 visits today)
Addım 1
Bu addımı hazırladım

İlk öncə kəsmiyi dərin bir qaba qoyub əzirik. İçində potlar qalmayana qədər kəsmiyi əzmək lazımdır. Buraya yumurtanı və şəkər tozunu əlavə edib qarışdırmağa davam edirik. Əgər kəsmiyiniz duzlu olarsa, şəkər tozunun miqdarını artıra bilərsiniz.

Addım 2
Bu addımı hazırladım

Daha sonra buraya 5 xörək qaşığı un əlavə edirik. Bu hissə bu yeməyi bişirmənin ən əsas hissəsidir. Əgər un çox əlavə etsəniz Sırnikləriniz çox sərt alınacaq, əgər un az əlavə etsəniz o zaman düzəltdiyiniz forma tavada dağıla bilər. Buna görə də yumşaq sırniklərin alınması üçün unun miqdarı 5 xörək qaşığını keçməməlidir.

Addım 3
Bu addımı hazırladım

Tavanı qızdırın və duru yağı əlavə edin. Tavanı çox qızdırmamağa çalışın əks halda sırnikləriniz yana bilər.
Daha sonra düz bir qaba un töküb sırniklərinizi hazırlamağa başlayın. Bir xörək qaşığı içlikdən yumru forma düzəldin. Çox qalın olmamasına diqqət edin. Daha sonra bunun hər iki tərəfini düz qabdakı una batırın.
Sırnikləri 1-2 dəqiq hər iki tərəfi qızarana qədər bişirin.
Sırniki süfrəyə qaymaq, qatılaşdırılmış süd, mürəbbə, jem və s. ilə təqdime də bilərsiniz.

Nuş olsun! :)

Şərhlər

Şərh yazılmayıb
- semizotlu patates koftesi 548355b6 120f 4291 8d09 9d031b58da84 400x400 - Sırniki (Сырники)
əvvəlki
Ləzzətli kartof kotleti
  • 166 dəfə baxılıb
  • Orta

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

- semizotlu patates koftesi 548355b6 120f 4291 8d09 9d031b58da84 400x400 - Sırniki (Сырники)
əvvəlki
Ləzzətli kartof kotleti