0 0

Hazırlayan:
Südlü göbələk supu

Südlü göbələk supu

Directions

Share

Göbələk supu qaymaqsız olmaz deyirlər. Amma hər kəs qaymaqlı, qatı bir supu yeyə bilmir. Bunun üçün sizə fərqli bir göbələk supu resepti hazırladıq. Qaymaq əvəzinə süd istifadə edərək qatı olmayan, dadlı göbələk supu hazırlaya bilərsiniz.

Ərzaqlar

1 paket göbələk
1 xörək qaşığı kərə yağı
3 xörək qaşığı un
1 stəkan süd
4 stəkan su
1/2 ədəd limon suyu
Duz
İstiot

Necə hazırlanır?

1. Göbələkləri təmizləyin və kvadrat formasında doğrayın.
2. Doğranan göbələkləri limonlu suyun içində qaynadın
3. Sup qazanının içində kərəyağını əridin və un əlavə edib qovurun.
4. Unun rəngi biraz dəyişəndə üstünə südü yavaş-yavaş əlavə edin və tez-tez qarışdırın.
5. Göbələyi və suyu əlavə edin.
6. Duz və istiot əlavə edib, bişirməyə davam edin.
7. Qaynamağa başladığında ocağı söndürün, qazanın qapağını örtün, biraz elə qalsın.
8. Süfrəyə təqdim edərkən bir neçə göbələyi xirda doğrayıb, qızardıb supun üzərinə dekor olaraq əlavə edə bilərsiniz.

Qeyd: Göbələyi əvvəlcədən qaynatmağı unutmayın. Göbələyin qara suyu supunuzun sonra rəngini dəyişməsin. Əgər un ilə yağı qarışdırarkən potlaşma olarsa, blenderdən keçirə bilərsiniz.

Nuş olsun!

(Visited 3. 188 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Ağ kələm salatı
next
Balıq buğlaması
  • 3. 188 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Ağ kələm salatı
next
Balıq buğlaması

Add Your Comment

×