0 0

Hazırlayan:
Toyuq və tərəvəzlə doldurulmuş balqabaq

Toyuq və tərəvəzlə doldurulmuş balqabaq

Directions

Share

Arıqlamaq üçün duzsuz, dadsız yeməklər yemək məcburiyyətində deyilsiniz. Sağlam pəhrizlə də artıq çəkilərinizdən azad ola bilərsiniz. Önəmli olan iradəli və güclü olmaqdır.

Ərzaqlar
150 qram toyuğun döş əti
1 ədəd balqabaq
1/2 ədəd pomidor
100 qram brokkoli
40 qram kök
1/2 soğan
2 xörək qaşığı qatıq
50 qram pendir
Duz
İstiot

Necə hazırlanır?
1. Balqabağı yuyun. İki yerə bölün. Səliqəli şəkildə içini təmizləyib, duz və istiot vurun.
2. Tərəvəzləri yuyun və hamısını kvadrat formasında doğrayın.
3. Toyuğun döş ətini də kvadrat formasında doğrayın.
4. Pendiri rəndədən keçirin.
5. Yağı tavaya qoyun. Tərəvəzləri, toyuğun döş ətini qarışdırıb yağda 7-8 dəqiqə bişirin.
6. Hazır olan içliyi bir qaba tökün və üzərinə qatıq əlavə edib diqqətlə qarışdırın.
7. İçliyi balqabağın içinə doldurun üzərinə pendiri əlavə edin.
8. Sobada 180 dərəcədə 40 dəqiqə bişirin.

 

Əgər siz də bu reseptdən faydalanaraq “Toyuq və tərəvəzlə doldurulmuş balqabaq” hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın! 

Nuş olsun!

(Visited 1. 318 times, 1 visits today)

Recipe Reviews

There are no reviews for this recipe yet, use a form below to write your review
previous
Keks “kartof”
next
Kələm dolması
  • 1. 318 Views
  • Medium

Share it on your social network:

Or you can just copy and share this url

Bookmark this recipe

You need to login or register to bookmark/favorite this content.

previous
Keks “kartof”
next
Kələm dolması

Add Your Comment

×