0 0

Hazırlayan:
Uşaqlar üçün balıqlı kotlet

Uşaqlar üçün balıqlı kotlet

Cuisine:

Ingredients

Directions

Share

Uşaqlarımız – onların qidalanması, sağlam böyüməsi bu gün hər bir valideynin üzərində durduğu ciddi mövzulardandır. Sağlam inkişaf üçün lazım olan qidalardan biri balıqdır. Etiraf edək ki, hər uşaq balığı sevmir. Amma bu reseptlə uşağınızın mədəsinə balığı aparmanın yolunu tapmışıq. 🙂 

Tərkibi

400 qr balıq filesi

1 ədəd toyuq yumurtası

6 ədəd bildirçin yumurtası

2 dilim ağ çörək

6 x/q süd

3 x/q çörək suxarısı

Duz (zövqə görə)

 

(Visited 1. 292 times, 1 visits today)
Step 1
Mark as Complete

    Birinci balığı hazırlayaq. Biz məsləhət görərdik ki, evdə hazırlanmış balıq filesi olsun. Bunun üçün ağ balığı yaxşıca yuyuruq və kağız dəsməlla qurulayırıq. Daha sonra əlinizlə və ya maqqaşla qılçıqları təmizləyirik.

    Step 2
    Mark as Complete

      Balıqları xırda doğrayın. Mətbəx kombaynından və ya blenderdən keçirin.

      Step 3
      Mark as Complete

        Ağ çörəyi bir neçə dəqiqə isti süddə saxlayın. Daha sonra yaxşı sıxın ki, kotlet çox boş olmasın.

        Step 4
        Mark as Complete

          Balığı, südə batırılmış çörəyi və 1 ədəd yumurtanı birlikdə yaxşı qarışdırırıq.

          Step 5
          Mark as Complete

            Bildircin yumurtalarını 3-4 dəqiqə suda bişirin. Bişdikdən sonra soyuması üçün soyuq suya qoya bilərsiniz.

            Step 6
            Mark as Complete

              Əlinizi soyuq suya salın, daha sonra hazır olan balıq filesindən təxminən əlinizin içinə yerləşəcək boyda götürün və əlinizdə düzləşdirin (şəkildəki kimi). Ortasına 1 ədəd bildirçin yumurtası qoyun. Daha sonra balıq filesi ilə onu yumru kotlet formasında bükün. Kotleti elə hazırlayın ki, yumurta görünməsin. Daha sonra kotleti çörək suxarısına hərtərəfli bulayın. Hazır olan kotletləri buxar qazanında bişirin.
              Əgər buxar qazanınız yoxdursa, sobada da bişirə bilərsiniz. Bunun üçün sobanı 180 dərəcədə qızdırın. Qabın içini duru yağla yağlayın və kotletləri buraya düzün və 40 dəqiqə bişirin.
              Bu yeməyi fərqli balıqlarla yoxlaya bilərsiniz. Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

              Nuş olsun!

              Step 7
              Mark as Complete

              Recipe Reviews

              There are no reviews for this recipe yet, use a form below to write your review
              previous
              Peçenyedən hazırlanan asan tort
              next
              Naan (Hindistan çörəyi)
              • 1. 292 Views
              • Serves 5
              • Medium

              Share it on your social network:

              Or you can just copy and share this url

              Ingredients

              Adjust Servings:

              Bookmark this recipe

              You need to login or register to bookmark/favorite this content.

              previous
              Peçenyedən hazırlanan asan tort
              next
              Naan (Hindistan çörəyi)

              Add Your Comment

              ×