0 0
Kinoalı kotlet

Kinoalı kotlet

Mətbəx:

Resept

Paylaş

Sağlam qidalanmanı üstün tutanların sevəcəyi bir yemək – Kinoalı kotlet. Hazırlanması asan olan bu yemək pəhrizinizin bir parçasına çevriləcək. Kinoa nədir? Hansı faydaları var? Buraya basaraq Kinoanın faydaları haqqında məlumat əldə edə bilərsiniz. 

Bizim reseptdən faydalanaraq “Kinoalı kotlet” hazırladınızsa, şəklini bizim İnstagram və Facebook səhifəmizə göndərməyi unutmayın. Təkliflərinizi isə şərh bölməsinə yaza bilərsiniz.

Tərkibi

2 stəkan kinoa

1/2 stəkan çörək suxarisi

1 ədəd yumurta

2 x/q doğranmış yaşıl soğan

1 ədəd yerkökü

1 ç/q duz

1/2 ç/q qara istiot

1 ç/q qırmızı bibər

1 ç/q sarımsaq tozu

2 x/q doğranmış şüyüd

1 y/q doğranmış cəfəri

 

(Visited 65 times, 1 visits today)
Addım 1
Bu addımı hazırladım

Kinoanı 15 dəqiqə suda qaynadıb süzün. Soyumasını gözləyin. Doğranmış bütün ərzaqlarınızı kinoa ilə bir qaba töküb qarışdırın. Daha sonra çörək suxarisini də buraya əlavə edib əlinizlə yoğurun. Əgər duru alınarsa, biraz da çörək suxarisi əlavə edə bilərsiniz. Daha sonra kotlet formasında hazırlayın və sobanın qabının içinə düzün. Əvvəlcədən 180C dərəcədə qızdırılmış sobada 15 dəqiqə bişirin.
İstəyə uyğun olaraq bu kotletləri zeytun yağında da qızarda bilərsiniz.

Nuş olsun!

Şərhlər

Şərh yazılmayıb
- detoks suyu tarifi 400x400 - Kinoalı kotlet
əvvəlki
Piy əridən ən yaxşı vasitə – Detoks suyu
- semizotlu patates koftesi 548355b6 120f 4291 8d09 9d031b58da84 400x400 - Kinoalı kotlet
sonrakı
Ləzzətli kartof kotleti
  • 65 dəfə baxılıb
  • 15 dəq
  • Serves 4
  • Orta

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

- detoks suyu tarifi 400x400 - Kinoalı kotlet
əvvəlki
Piy əridən ən yaxşı vasitə – Detoks suyu
- semizotlu patates koftesi 548355b6 120f 4291 8d09 9d031b58da84 400x400 - Kinoalı kotlet
sonrakı
Ləzzətli kartof kotleti