1 0
Üç bacı dolması

Üç bacı dolması

Mətbəx:

Resept

Paylaş

Üç bacı dolması üçün resept

Tərkibi
4-6 porsiya üçün nəzərdə tutulmuşdur.
6 ədəd kiçik badımcan
6 ədəd yaşıl Bolqar bibəri
6 ədəd pomidor
duz
istiot
1-2 xörək qaşığı ərinmiş yağ və ya duru yağ

İçi üçün:
4 xörək qaşığı ərinmiş yağ və ya duru yağ
700 qram çəkilmiş qoyun və ya mal əti (və yaxud ikisinin qarışığı)
2 ədəd baş soğan – soyulub xırda -xırda doğranmış
1 ədəd yaşıl uzun bibər – xırda doğranmış
Doğranmış pomidorun içi
1 stəkan xırda doğranmış reyhan
zövqə görə duz
zövgə görə istiot

1.Əvvəlcə tərəvəzləri hazırlayın.

Badımcan: Badımcanın saplağını kəsin. Bıcaqla “qarnını” kəsin. İri qazanı suyla doldurun və qaynadın. Badımcanları qaynayan suya qoyub təxminən 2 dəqiqə ərzində pörtün. Sudan çıxardın və bir az soyudun. Soyuduğunda, əllərinizlə ovun ki, tumları çıxsın.

Bibərlər: Bibərlərin saplağını yumruvari və saplağı bibərdən tamamilə ayırmamaq şərtiylə kəsin. İçinin tumlarını təmizləyin.

Pomidorlar: Pomidorların saplağını yumruvari və saplağı pomidordan tamamilə ayırmamaq şərtiylə kəsin. İçini bıcaq və ya qaşığla oyub çıxardın. Təmizlədiyiniz içi atmayın – bunu ətli iç üçün istifadə edəcəksiniz*

2. İçin hazırlanması:
Bunun üçün tavada yağı qızdırın. Əti əlavə edib suyu çəkilənə və qızaranadək bişirin. Soğanı ətə əlavə edib, birlikdə bir az da qızardın. Pomidor içini* və bibəri əlavə edib, 5 dəqiqə də bişirin. Oddan kənara çəkin. Göyərtini əlavə edin. Zövqə görə duz və istiot vurub qarışdırın.

3. Badımcan, bibər və pomidorların içini bir az duzlayıb-istiotlayın.Hazır olmuş əti içlərinə yığın. Bİbər və pomidorların “qapaqlarını” örtün. Tərəzəvləri dərin tavaya yığın. Üstünə 2 qaşıq ərinmiş yağ və ya duru yağ tökün. Tavanın qapağını örtüb dolmaları vam odda təxminən 35-40 dəqiqə ərzində bişirin.

Nuş Olsun!

(Visited 4. 802 times, 19 visits today)

Şərhlər

Şərh yazılmayıb
uc baci dolmasi - 1524660377 140924141243 141002180813 p o shvedskij jablochnij pirog sk nsk ppelkaka 600x400 400x400 - Üç bacı dolması
əvvəlki
Almalı piroq resepti
uc baci dolmasi - WhatsApp Image 2018 11 03 at 18 - Üç bacı dolması
sonrakı
Yarpaq dolması
  • 4. 802 dəfə baxılıb
  • Orta

Sosial şəbəkələrdə paylaş

URL-i kopyalayaraq da sosial şəbəkədə paylaşa bilərsiniz.

Resepti yadda saxla

You need to login or register to bookmark/favorite this content.

uc baci dolmasi - 1524660377 140924141243 141002180813 p o shvedskij jablochnij pirog sk nsk ppelkaka 600x400 400x400 - Üç bacı dolması
əvvəlki
Almalı piroq resepti
uc baci dolmasi - WhatsApp Image 2018 11 03 at 18 - Üç bacı dolması
sonrakı
Yarpaq dolması